Ca. Sen 19th, 2019

Rus səfirdən Qarabağ AÇIQLAMASI: İrəvan üçün hər şey edəcəyik!

Rusiya davamlı danışıqlar prosesinin qurulması üçün hər zaman gərginliyin artmasına qarşı çıxmışdır. Lakin yekun nəticədə aydındır ki, problemin həlli münaqişə tərəflərinin məsələsidir. Qarabağ münaqişəsinin tənzimlənməsində hər şeyin Rusiyadan asılı olduğunu söyləmək düzgün deyil.

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Münaqişə zonasında son günlər gərginliyin artması məsələsinə münasibət bildirən diplomat Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyi formatında fəaliyyət göstərdiyini, həmçinin tərəflər arasında görüşlərin təşkili üçün ayrıca addımlar atıldığını qeyd edib.

“Rusiyanın roluna balanslı yanaşmaq lazımdır: Moskva aktivdir, ancaq o, tərəflərin rolunu əvəz edə bilməz”, – səfir bildirib.

Çıxışı boyu Rusiyanın həmsədr kimi mövqeyindən danışan və problemin həllinin münaqişə tərəflərinin ixtiyarında olduğunu söyləyən səfirin son sözləri isə heç də əvvəlki fikirləri ilə üst-üstə düşməyib. O deyib:

“Rusiya Ermənistanın strateji müttəfiqidir və onun özünü təhlükəsizlikdə hiss etməsi üçün hər şeyi edəcək”. (azar.az)

Paylaş: