Be. Sen 23rd, 2019

Rusiyada DƏHŞƏTLİ QƏTL: Azərbaycanlı gənci öldürüb, meyitini yandırdılar

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib. 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.
Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır. (modern.az)

Paylaş: