Ça. Okt 22nd, 2019

Sumqayıtda Mikayıl Müşfiqin xatirəsi yad edilib

IX Şairlər günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım günü keçirilib.

Tədbirdə AYB Mətbuat Xidmətinin rəhbəri, Müşfiq Komissiyasının sədri Xəyal Rza, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız, Türkiyə və Qazaxıstandan gələn yazarlar, sumqayıtlı qələm adamları, S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə layihəsi olan “Sabir Sarvan adına uşaq poeziya teatrı”nın üzvləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edib.  

AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin, Mətbuat Xidmətinin rəhbəri, Müşfiq Komissiyasının sədri Xəyal Rza M. Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verib, onun  poeziyasının məziyyətlərindən, şairə ümumxalq məhəbbətindən danışıblar.

”Sabir Sarvan adına uşaq poeziya  teatrı”nın üzvlərinin ifasında şairin şeirləri səsləndirilib. Sonra tədbir iştirakçıları Sumqayıt bulvarı istiqamətindən, Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin rəmzi məzarı – Xəzər, sakit-sakit dalğalanaraq ölməz Müşfiqin əziz xatirəsini onun sevənlərlə birgə yad edib.

Bu tədbir hər il Bakıda keirilsə də,Sumqayıtda  artıq ikinci ildir ki, gerçəkləşir.

Paylaş: