Bz. Avq 18th, 2019

Yeni metro qatarlarının digərlərindən FƏRQİ NƏDƏDİR?

“Sifarişçinin tələbinə uyğun olaraq Bakıya gətirilən yeni qatarların bir sıra özəllikləri var”.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni qatarların hər bir vaqonunda ayrıca mühərrik mövcuddur 
“Adətən qatarda yalnız iki mühərrik olur ki, o da baş vaqonlara quraşdırılır. Amma Bakı metrosunun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub. Bundan əlavə, kondisioner sisteminə xüsusi diqqət yetirilib. Belə ki, tələbimizə uyğun olaraq vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə həmin kondisionerlərdən daimi istifadə etməyə imkan verir. Həmçinin bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək”. 

Paylaş: