Şb. Sen 21st, 2019

“Bibiheybət” yolunda baş vermiş dəhşətli qəzanın GÖRÜNTÜSÜ YAYILDI – VİDEO

Bibiheybət” yolunda baş vermiş qəzanın görüntüləri yayılıb.

Yüksək sürətlə hərəkətdə olan “BMW” yolda idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpılıb. Nəticədə minik avtomobili alışaraq kül olub.

Turkustan.info Trend-ə istinadən həmin görüntüləri təqdim edir:

 

****

Fövqəladə Hallar Nazirliyi həmin qəza ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. (publika.az)

***

Bu gün gecə saatlarında “Bibiheybət” yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

“Hadisə barədə məlumat “təcili yardım”a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”, – deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır. (report)

Paylaş: