Bz. Avq 18th, 2019

Düyü suyunun saça inanılmaz faydaları – 20 dəqiqə kifayət edir

Sağlam və gözəl saça sahib olmaq istəyənlər üçün mükəmməl vasitə…

Çin, Yaponiya və Cənub-Şərqi Asiyadakı qadınlar uzun illərdir düyü suyundan saça qulluq üçün istifadə edirlər. Düyü suyu düyü bişirildikdən və ya isladıldıqdan sonra qalan karbohidratlı sudur. Düyü suyu saçların sürətlə uzanmasını, ipək kimi gözəl saçlara qovuşmanızı təmin edir.

Saçları düyü suyu ilə yumaq Asiyanın bir çox yerlərində gözəllik baxımıdır. Bu gözəllik baxımı artıq dünya miqyasında məşhurdur. Tarixi faktlarda düyü suyunun saçların gücünü, toxumalarını və böyüməsini yaxşılaşdırdığı göstərilməkdədir.

Turkustan.info bildirir ki, saçların tökülməsini azaltmaq və uzatmaq üçün düyü suyundan daha yaxşı vasitə yoxdur. Düyü suyunda olan amin turşular saçların yenidən çıxmasına və daha sürətlə böyüməsinə kömək edir. Həmçinin düyü suyu saçların böyüməsinə kömək edən B, C və E vitaminləri ilə zəngindir. Belə ki çimdikdən sonra saçlarınızı düyü suyu ilə yuyun. Bunu həftədə ən azı 2 dəfə tətbiq etsəniz nəticəni gözlərinizlə görəcəksiniz.

– Düyü suyu saçın köklərini gücləndirir, həcmini artırır, saçı parlaq və hamar edir.

– Düyü mineralar, antioksidantlar, B, C və E vitaminləri, 8 ədəd amin turşularla zəngindir ki, təkcə orqanizmin sağlamlığına deyil, saçlarınız üçün də faydalı qaynaqdır.

– Araşdırmalar düyünün tərkibində zədələnmiş saçları bərpa edən inositol maddəsinin olduğunu göstərir. Odur ki, düyü hər tərəfli şəkildə saçlarınızın üçün mükəmməl vasitədir və heç bir əks təsiri yoxdur.

– Düyü suyu saç qırıqlarını müalicə etməkdə də yararlıdır. Çünki qırılmış saçlarınızın bərpa edilməsi üçün proteinə ehtiyacı var. Düyünün suyunda isə bol protein var. Saçlarınızın uclarında yaranan qırılmalara başlıca səbəb yaxşı baxmamaq və çirkli saxlamaqdır. Lakin düyü suyunda olan amino turşular dərhal köməyinizə gələrək saçlarınızdakı nöqsanları tez aradan qaldıracaq. Belə ki, saçlarınızın ucunu düyü suyuna batırın, 15-20 dəqiqə gözlədikdən sonra yuyun.

– Düyü suyunun tərkibində inositol adlı karbohidrat vardır ki, zədələnmiş saçları bərpa edərək onların elastikliyini artırır.

– Kim ipək kimi zərif və parlaq saçlara sahib olmaq istəyirsə, düyü suyu ilə xəyalındakı arzusunu reallaşdıra bilər. Yeganə edəcəyiniz şey saçlarınızı 20 dəqiqə düyü suyunda saxladıqdan sonra yaxalamanızdır.

Bəs düyü suyu necə hazırlanır? – 2 üsul var

1-ci üsul:

Yarım stəkan bişməmiş düyünü yuyun, 2-3 stəkan su ilə dolu qaba tökün. 30 dəqiqə gözləyin ki, suyu özünə çəksin. Daha sonra düyü suyunu başqa bir qaba boşaldın.

2-ci üsul

1 stəkan düyünü su ilə yuyun və 3 stəkan su ilə ağzı bağlı olmayan qazanda bişirin. Düyü bişəndən sonra suyu təmiz bir qaba süzün. Soyumasını gözləyin və hava keçməyən qaba boşaldıb 7 gün soyuducuda saxlayın. İstifadə edərkən həmin düyü suyundan 1-2 qaşıq götürüb 1 stəkan suda qarışdırıb istifadə edinb.

/TurpKimi.com/

Paylaş: