Bz. Avq 18th, 2019

Özümüzünkülərlə işiniz olmasın… Aida Eyvazlı “Tokayev” məsələsindən yazdı

Aida Eyvazlı

2009-cu ilin dekabr ayında Qazaxıstanın OSCE (ATƏT)-ə sədirliyi barədə qərar çıxanda, ən çox sevinən ölkələrdən biri də Azərbaycan idi. Mən də həmin dövrdə Az TV-nin xüsusi müxbir postunun rəhbəri kimi Astanada fəaliyyətdə idim. Və bu tarixi hadisəni bütün türkdilli ölkələr kimi Azərbaycan da böyük sevinclə qarşılamışdı. ATƏT-ə ilk dəfə türkdilli bir ölkə rəhbərlik edəcəkdi. 2010-cu ildə rəsmi Astana (İndiki Nur Sultan) fəaliyyətə başlayanda, ATƏT-dən Qarabağ probleminin həllini səbirsizliklə gözləyən bir ölkənin vətəndaşı , həm də ki, Az TV-nin müxbiri kimi bu əlamətdar hadisələrdən ilk xəbərləri göndərən də mən idim. Operativliyimi bütün tv-lər yaxşı bilirlər. Və həmin əlamətdar günlərdə, Astana ATƏT-ə sədrlik edən dövrdə də, bir neçə dəfə Qazaxıstanın yeni seçimiş prezidenti Kasım Jomart Tokayevlə Azərbaycanın maraqları baxımından müxtəlif məsələlərə münasibət bildirməsini xahiş etmişəm. Hər zaman bu xahişlərim yüksək dəyərləndirilib, suallarımı cavablandırıb. Həmin müsahibələr AZ TV-nin Xəbərlər departamentinin arxivində mütləq durur. Qazaxıstanın ATƏT-ə sədirlik etmək məsələsi ortaya çıxanda, ilk günlər belə fikir var idi ki, Qazaxıstanda ATƏT PA-nın sədri Qasım Comərd Tokayev olacaq. Həmin günlərdə mən ona “Qazaxıtan ATƏT-in sədri olduğu dövrdə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun çərçivədə həll olunması üçün hər hansı bir gözləntiniz varmı?” belə bir sual vermişdim. Cənab Tokayev də cavablandırmışdı. Demişdi ki, hüquq normaları çərçivəsində bütün münaqişələrin həllinə çalışacaq. Azərbaycanın isə bizimlə tarxi qardaş və dost ölkə olduğunu bildirmişdi. 
Bizim Qazaxıstanla bütün məsələlərdə tarixi köklərə bağlı dostluğumuz və qardaşlığımız, mədəni, ədəbi birliyimiz, dövlət başçılarının yaxın dostluq əlaqələri səviyyəsində mehribançılığımız və qardaşlıq tellərimiz vardır. Bu hər zaman belə olacaq. Bu gün erməni saytlarının tirajladığı xəbəri manşet edən , ucuz sensasiya gəzən saytlar və onların redaktorlarına üzümü tutub demək istəyirəm ki, iki qardaş dövlətin dostluğunu sizin ucuz və dadsız yazılarınız poza bilməz. Ən azı Türk dünyasının lideri, Elbaşı Nursultan Nazarbayevin Azərbaycana və azərbaycanlılara olan münasibətini xatırlayın. O Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəndə elə bil ki, öz oğlunu bağrına basır.

Qardaş Qazaxıstanın bir bizim işğalda olan torpaqlarımz və ermənilər tərəfindən, böyük imperiyalar tərəfindən oynanılan Qarabağ müharibəsinin çözülməsi prosesində, hər zaman Azərbaycan həqiqətinin yanında olduqlarını unutmayın. Və heç 10 gün tamam deyil. Avrasiya İqtisadi İttifaqının 5 illik yubiley tədbirində iştirakçı dövlətlərin rəhbərlərinin hər birinə medal verildiyi halda, Paşinyan medalsız qaldı. Barı, bu qədər unutqan olmayın. Siyasi məsələləri saytlarda həll etmirlər. Siyasi məsələlərin həll edilmə, müzakirə platformaları var. 
Bu gün Nursulatn Nazarbayevin etibarlı silahdaşı, onun seçdiyi yolun layiqli davamçısı Qazaxıstan prezidenti Qasım Comərd Tokayev illərin təcrübəsi olan diplomat kimi, siyasi xadim kimi nə dediyinin, necə danışdığının fərqindədir. Hamınız yaxşı bilirsiniz ki, Azəraycan torpaqlarında aparılan müharibə erməninin gücü deyil, ona dəstək verən “urus dayısı”dır. Ona görə də, hücum edəndə, hərdən bir ermənilərin “urus dayıları”na, İranda ermənilərə qucaq açan din qardaşlarınıza hücum edin. Özümüzünkülərlə işiniz olmasın.

Paylaş: