C. Okt 18th, 2019

ADAU-nun rektoru Ibrahim Cəfərov Quba məktəbliləri ilədə görüşüb

Qubanın Heydər Əliyev mərkzində “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində keçirilən görüş də olduqca maraqlı olub. Bu  görüşdədə zəngin tarixə, böyük potensiala və şəraitə, maddi-texniki bazaya  malik təhsil müəssisəsi haqqında  bölgə insanlarına ətraflı məlumat verilib.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu görüşdə də iştirak edib.

Əvvəlcə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyyəddin Əliyev rayonun aqrar sahədə əldə etdiyi uğurlardan danışıb və bildirib ki, daha böyük uğurlara imza atmaq üçün hərtərəfli biliyə və təcrübəyə malik kadrlara ehtiyacımız var və ehtiyacımızın ödənilməsi üçün ADAU-dan  gözləntilərimiz çoxdur. Hesab edirəm siz gənclərin hesabına biz daha böyük kadr bazasına nail olacağıq.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub.

Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb. Rektor onu da əlavə edib ki, bu gün ADAU dövlət başçısının  və Kənd Təssərrüfatı nazirliyinin qayğısı ilə mükəmməl bir bir universitetə çevrilibdir və ömrünün ən şərəfli illərini yaşayır.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.

Görüşdə universitetlə, burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.

Paylaş: