Be. Mar 30th, 2020

Nuşirəvan Məhərrəmli: “Filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov dilimizin saflığının qorunmasında KİV-in rolunu təhlil edərkən bildirib ki, Şura yarandığı ilk gündən ana dilimizin qorunmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Şura 2003-cü ildə teleradio məkanında yayımlanan veriliş və proqramların monitorinqini apardı. Monitorinq nəticəsində həmin vaxt televiziya verilişlərinin yarısının Azərbaycan dilində aparıldığı müəyyən edildiyindən Şura bu sahədə daha ciddi tədbirlər görməyə başladı. Həmin il Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində “Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar” qəbul edildi. 2008-ci ilin yanvarında MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının (30 dəqiqədən çox olmamaq şərti ilə), intellektual verilişlərin və bəzi xüsusi buraxılışların Azərbaycan dilində yayımlanmasının təmin olunması barədə qərar qəbul edildi.

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan dilinin ədəbi normalarının qorunmasını diqqət mərkəzində saxlayan MTRŞ 2011-ci ildən dilçi alimlərin iştirakı ilə teleradio kanallarında yayımlanan proqramların monitorinqinin aparılmasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində həyata keçirilən bu monitorinqlərin nəticələri olduqca narahatedici məqamları üzə çıxarıb. Bundan sonra bu monitorinqlərin hər il mütəmadi qaydada keçirilməsinə başlanılıb. Əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsi idi. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir.

Diqqətə çatdırılıb ki, narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir. Elmi-texniki tərəqqi nəticəsində yeni terminlərin ədəbi dilimizə daxil olması təbii proses olsa da, cəmiyyətimizdə məişət dilində yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi halları müşahidə edilir.

Qloballaşma dövründə böyük güclərin ədəbiyyat, elm, dil, təhsil sistemi vasitəsilə “Yumşaq güc” amilindən istifadə etməyə çalışdıqlarını vurğulayan MTRŞ sədri bu məsələyə də xüsusi diqqət yetirilməsininönəmini qeyd edib. Bildirib ki, digər narahatedici məqamlardan biri də televiziya və radio məkanında aparıcıların vurğu məsələsinə diqqətsiz yanaşmalarıdır. Monitorinqin nəticələrinə görə, daha çox fonetik normalar pozulur. Bu məsələdə xəbər və informasiya proqramlarının aparıcılarının və diktorlarının üzərinə daha böyük məsuliyyət düşür. Bəzi aparıcılar və ya müxbirlər yeni dəblə ayaqlaşmaq üçün sürətli danışığa üstünlük verirlər ki, bu da ədəbi dilin pozulması halları ilə nəticələnir.

Televiziya və radio məkanında dil normalarının pozulması hallarına reklam mətnlərində də rast gəlindiyini vurğulayan N.Məhərrəmov deyib ki, bu, tamaşaçı və dinləyicidə yanlış fikir formalaşdırır. Bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir. Efirdə dil norma və qaydalarının yanlışlığı tamaşaçı və ya dinləyici auditoriyasına da sirayət edir. Ona görə də dillə bağlı televiziya və radioların üzərinə düşən vacib məsələlərdən biri də ondan ibarətdir ki, reklamların dil özəlliklərinə, reklam dilindən irəli gələn qüsurlara xüsusi diqqət yetirilməli, bu cür reklamların efirə getməsinə yol verilməməlidir.

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

 

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində dərc olunur

Paylaş:

mersin escort bayan mersin escort