Be. Sen 16th, 2019

Putin jurnalistin həbsinə görə iki generalı qovdu

Russia's President Vladimir Putin attends his annual press conference in Moscow on December 19, 2013. AFP PHOTO / KIRILL KUDRYAVTSEV (Photo credit should read KIRILL KUDRYAVTSEV/AFP/Getty Images)

Rusiya Prezidenti Vladimir Putin polis general-mayorları Yuri Devyatkin və Andrey Puçkovun daxili işlər orqanlarından kənarlaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sözügedən generalların orqanlardan kənarlaşdırılmasını Rusiya Prezidentinə şəxsən daxili işlər naziri Vladimir Kolokolsev bildirib. Bunun jurnalist İvan Qolunovun işi ilə əlaqədar olduğu bildirilir.

İyunun 6-da həbs olunmuş İ.Qolunov narkotik vasitələrin satışına cəhd etməkdə təqsirləndirilirdi. Onun həbsi və ona dəstək üçün keçirilən aksiyada polislərin hərəkətləri Rusiyada geniş əks-səda doğurmuşdu. İyunun 11-də jurnalist təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Y.Devyatkin Rusiya DİN Narkotik vasitələrlərin dövriyyəsinə nəzarət üzrə baş idarənin Moskva idarəsinin rəisi olub, A.Puçkov isə paytaxtın Qərb inzibati dairəsinin DİN rəhbəri vəzifəsini tutub.    /bizimyol.info/

Paylaş: