Bz. Dek 15th, 2019

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: tanınmış jurnalistin qızı və arvadı özlərini 10-cu mərtəbədən atdı (YENİLƏNDİ)

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

Bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Ana və qızı özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır. 

Məlumata görə, əvvəl R.Allahverdiyeva özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edilib ki, ölənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

*******

Bakıda intihar olub.

Məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. (APA)

 

Paylaş: