Bz. Dek 15th, 2019

Britaniya səfiri “Çırpınırdı Qara dəniz”i belə dinlədi – Bakıda… VİDEO

İyunun 13-də Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil edilib.

Konsert proqramını Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts və digər şəxslər izləyiblər.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfərə gəlib. (kult.az)

Paylaş: