Ça. Avq 20th, 2019

Çavuşoğlu AÇIQLADI: Türkiyə buna görə S-400-dən imtina edə bilmir – ŞOK DETALLAR

“S-400-ü aldıq. Razılaşmanı ləğv etməyimiz mümkün deyil. Nəticəsi nə olarsa-olsun”.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Anadolu Agentliyinin canlı yayımlanan brifinqində gündəmlə bağlı açıqlamalar verən nazir bildirirb ki, Türkiyə azad və müstəqil olmaq üçün qətiyyətini davam etdirəcək:

“ABŞ “Patriot”lar üçün təminat vermir. Fransızlar öz müdafiə sistemlərini təklif etdilər. Ancaq biz S-400-ləri aldıq. S-400 məsələsində qətiyik. Geri addım atmayacağıq. Türkiyənin mənfəəti üçün bu addımı atmaq məcburiyyətindəyik. Bir ölkənin təkbaşına başqa ölkələrə “al, ya da alma” şəklində təlimat verməsini qəbul etmirik. ABŞ bu yanaşmasından çəkinməlidir. Bu yanaşmadan avropalı müttəfiqləri də narahatdır. ABŞ bu haqqı haradan tapır?”.

Nazir qeyd edib ki, ABŞ-ın atacağı hər bir addım cavablandırılacaq.

“Bizim ən ehtiyacımız odluğu dövrdə Türkiyədən “Patriot” batareyaları çıxarıldı. Bizə hücum olunsa, NATO-nun müdafiə potensialı yoxdur”,- Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan müdafiə kompleksi almasından narahatdır. Bu səbəbdən, Türkiyəyə sanksiayalar tətbiq edir və S-400 razılaşmasının nəticəsinin ağır olacağı ilə təhdid edir. (publika.az)

Paylaş: