Ca. Avq 22nd, 2019

Müğənni efirdə aparıcını BİABIR ETDİ: ara qarışdı, məzhəb itdi

“Space TV”də “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu müğənninin qəzəbinə tuş gəlib.

Müğənni-bəstəkar hacı Nazim Məmmədov “5/5″də Zaur Kamalın “Mikayılda nə pisdir, nə yaxşıdır?” sualını gözləyirmiş kimi reaksiya verib.

Nazim aparıcını “ağ yuyub, qara sərib”:

“Mən Mikayılla soyuq görüşürəm. O vaxt bir məsələ var idi. Mikayıl bir dəfə elə bir söz, məsələ çıxartdı, şou göstərdi ki, güya mən elçiliyə gəlirəm. Pisi yaxşı kimi təqdim edir. Onun açdığı veriliş var e, sonra da bayağılıqdan danışırlar. Özü də başlayıb oxumağa deyəsən. Elə musiqi var ki, camaata təqdim edirlər “bu yaxşıdır”?”

Türkiyədən Bakıya yeni gələn, verilişin digər qonağı Günel Zeynalovanın “Mən tanıyıram onu?”sualına Nazim “Görsən bəlkə də tanıyarsan” cavabını verib. (milli.az)

Paylaş: