Ça. Sen 17th, 2019

Müstəqillik dövründə dini tolerantlıq sahəsində Azərbaycanın yeri və rolu

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

 Belə ki, dinlərarası dialoqla bağlı Bakıda keçirilən beynəlxalq konfransların birində iştirak edən Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill öz çıxışında tarixdən misal gətirərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də pravoslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini qeyd edərək demişdir: “Azərbaycanda provaslav xristianlar heç vaxt təqib edilməmişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşmuşlar. 1905-ci ildə müsəlman və provaslav ruhaniləri 151 millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər.”(131,s.36) Azərbaycanın tarixən tolerant bir ölkə olduğunu ölkəmizdə yaşayan başqa dinin rəhbərləri də dəfələrlə qeyd etmişlər.

Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein Bakıda keçirilən beynəlxalq konfransların birində 1913-cü ildə Bakı şəhərində yaşayan əhalinin statistikasına əsaslanaraq, onların dini tərkibindən bəhs edərək demişdir: “Bu dövrdə bu yerdə (1913-cü ildə Bakı şəhəri nəzərdə tutulur-H.S.) 76 965 – müsəlman, 76 927 – xristian, 9592 – yəhudi, 3801 – lüteran, 2902 – katolik, 4496 – sektant, 262 – köhnə təriqətçi yaşayırdı. Həmin illərdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər fəaliyyət göstərmişlər. Məhz həmin illərdə Roma katolik, lüteran və bir sıra protestant cəmiyyətləri formalaşmışdı. Bu göstərir ki, Azərbaycan hələ bu dövrlərdən başlayaraq çoxkonfessiyalı bir ölkə idi.

Maraqlıdır ki, bu dövrdə tolerantlıq prinsipinə nəinki riayət olunurdu, hətta bu prinsip Azərbaycanda inkişaf edirdi.”(132,s.44) Burada qeyd olunan faktlara nəzər saldıqda, 1913-cü ildə Bakıda yaşayan müxtəlif dinlərə etiqad edən insanların say tərkibi müəyyən maraq doğurur və Azərbaycanın Qafqazda hələ XX əsrin əvvəllərində çox tolerant bir ölkə olduğunu göstərir. Qafqaz bölgəsində sülhün və əmin-amanlığın təmin olunması, ayrı-ayrı xalqların bir-birinin milli-mənəvi dəyərlərinə daim hörmətlə yanaşmasının vacibliyini vurğulayan Gürcüstan Patriarx Katalikosu II İlya konfransda çıxış edərək xalqlararası və dinlərarası dostluğu əks etdirən faktlardan danışaraq demişdir: “Mən elə bir ailədə böyümüşəm ki, bizim ən çox qonağımız məhz müsəlmanlar olurdu. Məhz öz uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını xatırlayıram. Bizim böyüklərimiz dost müsəlmanlar üçün ən 152 gözəl otaqlarını hazırlayırdılar. Orada xalçalar döşəyirdilər ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini etsinlər.”(133,s.37) Dini liderlərin bu çıxışlarından göründüyü kimi, Azərbaycan tarixən qonşu xalqlarla və başqa dinə mənsub olan insanlarla dostluq münasibətlərində və sülh şəraitində yaşamış, heç bir dini ayrı-seçkiliyə yol verməmişdir.

Azərbaycanda qonaq olan Rusiya Federasiyası Dağıstan Respublikasının sabiq Prezidenti Muxu Əliyev də Azərbaycanın yüksək tolerantlıq mədəniyyətinə malik bir ölkə olduğunu vurğulayaraq bu ənənənin davam etdirilməsində prezident İ.Əliyevin və Şeyxülislam A. Paşazadənin rolunu xüsusi qeyd edərək demişdir: “Hörmətli İlham Heydər oğlu, əsasən, Sizin və Şeyxülislamın səyləri sayəsində Azərbaycan bu gün dünyaya sivilizasiyalararası, konfessiyalararası razılığın, tolerantlığın ictimai həyatın adı vəziyyətinə çevrildiyi ölkə kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təşkilatı tərəϐindən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti paytaxtı elan olunmuşdur və bu işdə Sizin xidmətləriniz böyükdür.”(134,s.41) Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səϐiri Mehriban xanım Əliyeva da beynəlxalq tədbirlərdə yüksək tribunalardan həmişə xarici ölkə nümayəndələrinin diqqətinə çatdırmışdır. Məsələn, 10 iyun 2008-ci il tarixində “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq Forumda çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixən ta qədimdən dini tolerantlıq mədəniyyətinə malik olan bir xalq olduğunu vurğulayaraq demişdir: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaratmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin 153 iz qoymuşdur. Indi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğraϐi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir.”(135) Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması respublikamıza gələn müxtəlif peşə adamlarının diqqətini cəlb edir. Məsələn, 2011-ci ilin iyul ayında Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur. Nümayəndə heyətinin üzvləri iyul ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olmuş və burada “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda keçirilən “Dəyirmi masa”da iştirak etmişlər.

“Dəyirmi masa”da müzakirələrə qoşulan nümayəndə heyətinin üzvü – Avropa Xalq Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının sədri LukaVolente Azərbaycanda tolerantlıq ənənəsinin qədimliyini və müasirliyini xüsusi vurğulayaraq, onun bu gün bütün dünya, xüsusilə də Avropa üçün örnək ola biləcək səviyyəsindən danışaraq qeyd etmişdir ki: “Dinlərarası dialoq bu gün yaxşı düsturdur və onun üzərində müntəzəm işləmək lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən öyrənmək lazımdır. Azərbaycan tolerantlığının ən böyük dəyəri isə ondadır ki, o, siyasi qərar deyil, xalqın təbii həyat tərzidir.”(136,s.28) “Dəyirmi masa”dakı çıxışında dini tolerantlıq sahəsində Azərbaycanın başqa müsəlman ölkələrinə nümunə ola biləcəyini vurğulayan LukaVolante bu məsələdə ölkəmizi hətta Avropa məkanı ilə müqayisə edərək demişdir: “Tolerantlığın 154 Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir çox ölkələrə, o cümlədən müsəlman ümmətinə də örnək ola bilər. Biz Avropada görmək istədiklərimizi Azərbaycanda görürük.”(137,s.31) Müstəqillik dövründə respublikamızda dini tolerantlığın real şəkildə həyata keçirilməsində ölkə rəhbərliyinin, o cümlədən prezident İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğu xüsusi olaraq qeyd edilməlidir. Məlumdur ki, Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Bu dini abidələrdən biri də Oğuz kəndinin Nic kəndində yerləşən və udinlərə məxsus olan Müqəddəs Yelisey (Çotari) kilsəsidir.

Qeyd edək ki, alban-udin dini abidələrindən olan MüqəddsYelisey kilsəsi 1723-cü ildə tikilib və udinlərin əsas ibadət məbədi kimi fəaliyyət göstərmişdir. Lakin 1836-cı ildən bu kilsə “Rusiya müqəddəs Sinodu”nun xüsusi qərarı ilə erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Həmin vaxtdan udinlər bu qərara etiraz əlaməti olaraq kilsəyə getməyiblər və o vaxtdan istifadəsiz qalan kilsə dağılmaq səviyyəsinə düşmüşdür. Lakin ölkə prezidenti İlham Əliyev 2005-ci ildə Nic kəndində sakinlərlə görüşdükdən sonra Alban tarixi-dini abidələrinin bərpa edilməsinə aid göstəriş vermişdir. Məhz prezidentin bu göstərişindən sonra Alban dini-tarixi abidələrinin bərpası başlanmış və udinlərin dini mədəni irslərinin bərpasına şərait yaradılmışdır. Abadlaşdırılan və bərpa edilən bu cür abidələrdən biri də Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Tarixən bizim eranın IV-V əsrlərinə aid olan bu kilsənin təmirinə 2000- ci ildə başlanmış, 2003-cü ildə isə bu dini-tarixi abidə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. Eyni zamanda, Nic kəndində və Oğuz rayonunun digər kəndlərində Al- 155 ban-Udin dini icmaları yaradılmışdır. Bütün bunlar Azərbaycan Respublikasında dini tolerantlıq mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərən faktdır.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur

Paylaş: