Be. Noy 18th, 2019

Ornella Muti Vladimir Putinlə NAHARA GETDİYİNƏ GÖRƏ həbs olundu

İtaliyanın Kassasiya məhkəməsi məhşur kinoaktrisa Ornella Mutini rol aldığı bir tamaşada iştirak etmədiyi üçün pul cəriməsi kəsib və 6 aylıq həbs cəzasında məhkum edib.

İtaliyalı aktrisa 2010-cu iln dekabrın 10-da Pordenon şəhərindəki bir səhnədə yer almalı imiş.

Lakin aktrisa saxta tibbi sənədlə gəlməməsini üzrlü səbəblə əsaslandırıb. Həmin vaxt isə onun Sankt-Peterburq şəhərində o dövrdə baş nazir postu tutan Vladimir Putinin də iştirak etdiyi xeyriyyə xarakterli naharda olduğu üzə çıxıb. Bu səbəbdən Verdi teatrınnın administrasiyası kino ulduzuna qarşı iddia irəli sürüb.

Məhkəmə aktrisanın “larinqofaringit”lə xəstələnməsi sözlərinə inanmayıb və 2015-ci ildə birinci instansiya məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Qeyd olunur ki, Ornella Muti keçən ilin sentyabrında Rusiya vətəndaşlığı almaq arzusunu dilə gətirmişdi. Aktrisanın iddiasına görə onun ana tərəfdən ulu babaları Rusiyadan gəlmədir. 

Image result for ornella muti Çelentano

Azərbaycan tamaşaçıları italyan kinosunun ulduzunu Adriano Çelentano ilə birlikdə çəkildiyi “İnadkarı ram etmək” filmindən yaxşı tanıyırlar. (musavat.com)

Paylaş: