Bz. Dek 15th, 2019

Türkmənbaşı hədəflərə velosipeddən atəş açdı – VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tapançadan atəş açmaq bacarığını bir daha nümayiş etdirib.

Bu barədə hökumətin rus dilində nəşr olunan “Neytral Türkmənistan” qəzeti xəbər yayıb.

Qeyd olunur ki, gecəyarısından sonra o, milli ordunun qoşunlarını dərhal döyüş hazırlığı vəziyətinə gətirmək barədə əmr verib. Hərbi hissələrin şəxsi heyətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Döyüş təyyarələri və vertolyotlar tədris təlim mərkəzinə yollanıblar.

Təlimlər bitdikdən sonra Q.Berdiməhəmmədov velosipedə əyləşib və üç hədəfə dəqiq atəş açıb.

Nəşr onu da qeyd edir ki, Türkmənistan Prezidenti müxtəlif silah növlərindən atəş açmaq bacarığını tabeliyində olanlara müntəzəm olaraq nümayiş etdirir.(virtualaz.org)

Paylaş: