Ç. Sen 18th, 2019

Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

Turkustan.info xəbər verir ki, Dövlət Baxçalı  Türkiyədə QHT rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı başsağlığını səsləndirib.

Qeyd edək ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndində (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) dəfn edilib.   /Modern.az/

Paylaş: