Ca. Dek 12th, 2019

Qadınlara kömək edən dərman minlərlə uşağı şikəst etdi -Tibb tarixinin ƏN BÖYÜK XƏTASI…

Tibb tarixinin ən böyük xətası olan bu dərmanın icadı hamilə qadınların kabusuna çevirildi. 
Almaniyanın “Qrunenthal” firması bu dərmanı hamilə qadınların arxayınlıqla qəbul edə biləcəyini bildirib. Dərmanın hamilə qadınlarda yuxu probleminə və ürək bulanmasına kömək etdiyi deyilsə də, nəticə dəhşət saçıb. 
Belə ki, 1957-ci ildə “Contergan” adlı dərman satışa çıxdığı gündən insanlar tərəfindən diqqət çəkib. Qısa vaxtda başda Almaniya olmaqla, Avstraliyaya qədər 46 ölkədə bu dərman yayılaraq istifadə edilib. Bildirilir ki, dərmanın “talidomidin” maddəsinin ölümcül olması mümkün deyildi. Buna görə də dərmana hamı güvənirdi. 
Ancaq dərman istifadə edilməyə başlandıqdan qısa müddət sonra bütün ölkələrdə doğulan şikəst uşaqların sayı artmağa başladı. Dərman firması bu iddiaları rədd etsə də, 1961-ci ildə Avstraliyada və Almaniyada bir-biriləri ilə əlaqəsi olmayan iki həkim buna səbəb məhz istifadə olunan dərmanı göstərib. 
O dönəmdə 10 min uşağın şikəst doğulduğu bildirilir. Bəzi mənbələrdə isə bunun daha çox olduğu  deyilir, sadəcə həmin vaxt uşaqların sayını dəqiq öyrənmək mümkün deyildi. Bu səbəbdən 1962-cı ildə dərman satışdan kənarlaşdırıldı.  (moderator.az)

Paylaş: