Ç. Sen 18th, 2019

Qazaxla bağlı ictimai klub təsis edilir -FOTO

Bu gün (15.06.2019) Carçı Araşdırma Mərkəzinin təşəbbüsü ilə paytaxt Bakıda yaşayan bir qrup ictimai fəal Qazax rayon sakini bir araya gələrək yaratmaq istədikləri ictimai kulubu müzakirə ediblər.

Qazaxla bağlı ictimai kulub təsis etmək istəyən qazaxlı paytaxt sakinlərinin fikrincə zatən fəal olan qazaxlıların fəaliyyətini daha sistemli, dinamik və effektiv etmək üçün belə bir kuluba ehtiyac var.

Təsis konfransına hazırlıq tədbiri keçirənlərin dediklərinə görə bu kulub ölkəmizin qərb qapısı olan Qazax rayonunun qədim tarixini, sırf Qazağa xas olan milli ənənələri, Qazağın ədəbiyyat irsini, qazaxlıların nail olduğu elmi nəticələri və digər bu cür halları araşdırmaq, yaymaq və gənclərin simasında daha yeni uğurlara nail olmaq üçün yaradılır.

O da xüsusi ilə qeyd edilib ki, bu bir regionculuq deyil, paytaxtdan ən uzaqda, iki ölkə ilə sərhəddə yerləşən rayonun nümunəvi ənənələrini yaymaq üçündür.
Sonda tədbir iştirakçıları kulubun hər kəsə açıq olacağını və hər regionumuzun belə bir kulubunun yaranmasını arzu etdiklərini bildiriblər.

Qeyd edək ki, tədbirdə təşəbbüsün sahibləri, Carçı Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, şair-publisist Rəşad Mahmud, ilahiyyatçı yazar Tural İrfan, həmçinin tövsiyyələr üçün hüquqşünas Vüqar Dadaşov, gənc fəal Ceyhun Mirzəli və media nümayəndələri iştirak ediblər.

İştirakçılar cari ayın sonunda təsis konfransını keçirəcəklərini bildiriblər.

  

Paylaş: