Ca. Dek 12th, 2019

“Biz Türk çoğrafiyasını təmsil edən xanım millət vəkilləri haqq səsimizi ucaltmalıyıq” – Məlahət İbrahimqızı

Azərbaycanlı deputat türk dövlətləri qadın parlamentarilərinə səsləndi

Azərbaycan 30 ildən çoxdur ki, Ermənistan tərəfindən zorla münaqişəyə cəlb olunub. Torpaqlarımızn 20 faizi hələ də işğal altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Onların böyük əksəriyyəti də qadınlardır, münaqişədən ən çox əziyyət çəkənlər də yenə qadınlardır.

Turkustan.info xəbər ki, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı deyib.

O, deyib ki, millət vəkilləri, parlamentarilər həm də siyasilərdir, siyasi vəzifə daşıyırlar.

mm-türkpa

“Ona görə hesab edirəm ki, biz siyasilər, bura-TÜRKPA bayrağı altında konfransa toplaşan xanım parlamentarilər olaraq, bir daha bu işğala, Ermənistanın təcavüzkarlığına kəskin etirazımızı bildirməliyik, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını beynəlxalq ictimaiyyətdən, dünya birliyindən, beynəlxalq vasitəçilərdən tələb etməliyik. Çünki biz birlikdə olanda güclü oluruq. Bir birlikdə – Türk çoğrafiyasını əhatə, təmsil edən xanım millət vəkilləri olaraq, öz haqq səsimizi ucaltmalıyıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Paylaş: