Ca. Dek 12th, 2019

Fuadın səhhəti pisləşdi – Aclığı dayandırmır

Moskvada həbsdə olan jurnalist Fuad Abbasovun səhhəti pisləşib. Bu barədə BakuPost-a onun ailəsindən məlumat daxil olub: “İunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər”. 
F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər
F.Abbasova aclıq aksiyasının dayandırılmasnı və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib. 

Paylaş: