Ç. Dek 11th, 2019

Ağstafada qətlə yetirilənlərin qohumu danışdı – VİDEO

Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliam nəticəsində ölən və yaralananların qohumu və həkim danışıb.

Turkustan.info Xəbər.tv-yə istinadən xəbər verir ki, qətlə yetirilənlərin qohumu Şahin Mustafayev bildirdi ki, bu nəsil davasıdır: “Atəş bir nəfər tərəfindən açılıb amma, silahı başqası gətirib, ona isə başqa adam verib.”

Ağstafa rayon Mərkəzi Xəstəxananın həkimi Teyyub Carçıyev isə həmin şəxslərin vəziyyəti ilə bağlı məlumat verib: “Bu gün xəstəxanamıza odlu silah yaralanmsından 3 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə kafidir”.

Qeyd edək ki, bu gün 25 yaşlı Elnur Süleymanov Ağstafanın Böyükkəsik kəndində “Kalaşnikov”la 4 nəfəri öldürüb, 3 nəfəri isə yaralayıb. Hadisənin qan davası zəminində baş verdiyi bildirilir.

Paylaş: