Ça. Okt 22nd, 2019

ABŞ ordusunu müharibəyə göndərir – Şanaxan açıqladı

ABŞ Yaxın Şərqə daha min əsgər göndərəcək.

Bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan açıqlayıb.

Şanaxan yazılı açıqlamasında bildirib ki, bu qərar Bəsrə körfəzindəki son proseslərdən sonra qəbul edilib.

“ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) əlavə dəstək tələbinə qarşılıq olaraq Baş prokurorluq və Ağ Ev ilə məsləhətləşdik. Yaxın Şərqdəki hava, dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə məqsədilə min əsgər göndəriləcək”, – Şanaxan qeyd edib.

Müdafiə Nazirliyinin rəsmisi bölgədəki neft tankerlərinə hücumlara münasibət bildirib: “İranın son hücumları ABŞ-ın bölgədəki heyəti və mənfəətlərini təhdid edən İran qüvvələri və onların dəstək verdiyi qruplaşmların düşmən davranışına dair aldığımız kəşfiyyat məlumatını təsdiq edir. ABŞ İranla qarşıdurma yaşamaq istəmir. Bu gün atılan addım bölgədə fəaliyyət göstərən hərbi heyətimizin təhlükəsizlik və rahatlığı, həmçinin, milli mənfəətlərimiz üçündür. Durumu diqqətlə izləməyə davam edəcəyik”.

Qeyd edək ki, ABŞ İranın təhdidlərinə qarşı Bəsrə körfəzinə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini, 4 ədəd B-52 bombardmançı təyyarəsini və Patriot batareyasını göndərib. (publika.az)

Paylaş: