Şb. Dek 7th, 2019

Bəhramla Tahirdən “Krassovka piri” – VİDEO

“Parni iz Baku” komandası bu dəfə “Qaloş piri” adı ilə son günlər müzakirəyə çevrilən olaya münasibət bildiriblər.

Olaya özünəməxsus formada yanaşan komanda məşhur futbolçu Banişevskinin 1966-cı ildən bəri “qorunub saxlanan” krassovkasını “milli komanda üzvlərinin” başına sürtməklə, “qara gündən” xilas olacaqlarına “inam” ifadə ediblər.

Beləliklə, “Parni iz Baku” həm “Qaloş piri”nə, həm də acınacaqlı məğlubiyyətlə üzləşən milli komandamızın oyununa reaksiya veriblər. (kult.az)

Paylaş: