Ca. Sen 19th, 2019

“Onlar Kremlin əlaltılarıdır” – İki baş nazirə SƏRT İTTİHAM

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik alman siyasətçilər Ştefan Vayl və Manuel Şveziqi rusiyayönümlü mövqe tutmaları səbəbindən “Ukrayna xalqına xəyanət etməkdə” ittiham edib.

Diplomat bu bəyanatı “Neue Osnabrucker Zeitung” qəzetinə müsahibəsi zamanı səsləndirib.

“Bu cür bəyanatlar alman siyasətçilərin xəyanət etdiklərini göstərir”, – deyə səfir bildirib. Onun sözlərinə görə, Vayl və Şveziq Kremlin əlaltılarıdır və onlar öz hərəkətləri ilə Almaniyanın vasitəçilik missiyasına inamı sarsıdırlar.

Qeyd edək ki, Vayl və Şveziq müvafiq olaraq Aşağı Saksoniya və Meklenburq-Pomeraniya federal torpağının baş nazirləridir. Onlar Avropa İttifaqı tərəfindən tətbiq edilən anti-Rusiya sanksiyalarını tənqid edərək, bunun heç bir siyasi üstünlüyə gətirib çıxarmayacağını bildiriblər. (teleqraf.com)

Paylaş: