Ca. Okt 17th, 2019

Özündən 27 yaş kiçik gənclə evlənən məşhura ŞOK

Bir neçə gün əvvəl özündən 27 yaş kiçik gənclə ailə quran 61 yaşlı müğənni Zerrin Özerin bal ayı xoşagəlməz xəbərlərlə başlayıb.

Türkiyə mətbuatı yazır ki, sənətçinin həyat yoldaşı Murat Akıncanın dələduz olması ilə bağlı iddialar yayılıb. Murat Akıncanın çox sayda cinayətə görə həbs edilən Adnan Oktarın təşkilatındakı kedicikləri ilə görüntüləri ortaya çıxıb.

Qeyd edək ki, müğənninin toy xəbərindən sonra Seda adlı qadın “2-ci sayfa” maqazin verilişinə bağlanaraq Murad Akıncanın bir çox qadını tovlayaraq mal-mülkünə sahib çıxdığını bildirib.

Qadının sözlərinə görə, müğənninin əri ona özünü Mahmut Atalay adı ilə təqdim edib. 1,5 il illik münasibətlərindən sonra Murat Akıncanın ondan 400 min funt alaraq yoxa çıxdığını qeyd edib. (publika.az)

Paylaş: