Ca. Sen 19th, 2019

Paşinyan separatçıları Azərbaycanla təkbətək qoyacaq – İrəvanda nə baş verir?

“Paşinyan “Qarabağ klanı”nın onunla hesablaşmadığını düşünür və ona təzyiq edir, eyni zamanda ikincilər də baş nazirdən narazıdır”.

Bu barədə rusiyalı ekspert Aleksey Fenenko deyib.
Lakin ekspert hesab edir ki, hazırda Paşinyan “Qarabağ klanı”ından güclüdür.
“Mən xalq dəstəyindən danışırıam, hərçənd, son zamanlar bu dəstək zəifləyir. Ermənilər ötən il baş verən inqilabı qəbul etdilər. Paşinyan bu gücdən istifadə edərək, “Qarabağ klanı”na təzyiq edir. O, istənilən vaxt deyə bilər: “Özünüzü pis aparacaqsanız, Qarabağa maliyyə dəstəyini kəsəcəyik, onda Azərbaycanla təkbətək qalın”. Bunun qarşısında “Qarabağ klanı” ona təsir edə bilmir. Bununla yanaşı, Paşinyanda Qərbin onu qəbul etdiyi haqda təsəvvür var. “Qarabağ klanı”nda isə belə imkan yoxdur. Lakin Qərb yalnız Rusiyadan uzaqlaşacaq liderə dözə bilər”, – deyə o vurğulayıb.
Fenenko hesab edir ki, Paşinyanın iqtisadi siyasəti nəticə verməsə və Paşinyan “yıxılarsa” mübarizə güclənə bilər: “Paşinyan bundan sonra yalnız ona verilən missiyaya uyğun siyasət həyata keçirə bilər. Bu, Rusiyadan və Avrasiya strukturlarından uzaqlaşmaqdır. Qərb Paşinyana keçid fiquru olaraq baxır, ondan sonra Ermənistan rəhbərinin tamamilə anti-Rusiya mövqeyində olmasını istəyir. Artıq Ermənistanda baş nazirlə bağlı narazılıq dalğası yüksəlir. İki il sonra iqtisadi inqilab proqramı reallaşmayacaq və Paşinyan çox böyük çətinliklə üzləşəcək”. (publika.az)

Paylaş: