Şb. Dek 7th, 2019

Bu qadını görənlər polisə xəbər versin – FOTO

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı itkin düşüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, o, 2019-cu il iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

N.Dadaşovanın əlamətləri belədir: boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə göstərilən qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş: