Şb. Dek 7th, 2019

“Xodu ver, …” – Efirdə söyüş söyən Yusif Mustafayevdən AÇIQLAMA – VİDEO

Bu gün Əməkdar artist Yusif Mustafayev “Şou ATV” verilişinin qonağı oldu zaman canlı mahnı oxuyacağını qeyd edib. Onun ifaya başlamazdan qabaq səs operatoruna “Xodu ver, Köpəyoğlu” deməsi geniş müzakirə mövzusu olub.

Məsələ ilə bağlı müğənni bildirib ki, ansanblının səs operatoru onun doğma qardaşı oğludur.

“Mən həmişə ona elə xitab edirə, əziziləmək məqsədi ilə. Doğma qardaşımın oğludur, Mustafa. Sadəcə mikrafonların açıq olduğunu unutdum. Texniki qüsur idi. Bu da musiqiçilərimlə mənim aramda olan səmimiyyətdən irəli gəlir. Mən bu sözü evdə balalarıma da deyirəm”. (yenisabah)

********

Müğənni Yusif Mustafayev “Şou ATV” proqramında söyüş söyüb.

Müğənni aparıcı Nanə Ağamaliyevaya bildirib ki, efirdə canlı ifa etmək istəyir.

Bu zaman o, şəxsi ansamblına üz tutaraq :Bu gün söz verrmişəm ki, ancaq canlı oxuyam…““Xodu” ver ə, köpək oğlu” deyib. 

 

Paylaş: