Şb. Sen 21st, 2019

Tramp seçki kampaniyasına belə başladı – Medianı saxtakarlıqda suçladı

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçki kampaniyasına rəsmi start verib. O, demokratlardan rəqiblərini “ölkəni dağıtmaq” istəməkdə suçlayıb, “saxta xəbər mediası”nı tənqid edib.

İyunun 18-də Florida ştatının Orlando şəhərində tərəfdarları qarşısında çıxış edən Tramp AIDS-in kökünü kəsəcəyini, “xərçəng daxil bir çox xəstəliklər”in müalicəsini tapacağını deyib.

“Yeni tibbi hüdudları irəli aparacağıq. Bir çox problemlərin, bir çox xəstəliklərin, xərçəng daxil bir çox xəstəliklərin müalicəsini ortaya qoyacağıq və daim buna yaxınlaşırıq”, – Tramp vurğulayıb.

“Amerikada AIDS-in kökünü birdəfəlik kəsəcəyik və buna çox yaxınıq”, – o, sözlərinə əlavə edib.

Joe Biden

“Onlar ölkənin başında olarsa nə edəcəyini düşünün”

Florida ABŞ-da prezident seçkiləri zamanı tərəddüdlü mövqeyi ilə fərqlənib. 2016-cı ildə burada seçkini Trump udub, ancaq 2020-ci il seçkisiylə bağlı keçirilən bəzi rəy sorğuları onun Demokratların potensial namizədlərindən geri qaldığını göstərir.

Tramp Respublikaçıların seçkidə favorit namizədi sayılır, ancaq indilik, onun demokratlardan rəqibinin kim olacağı bəlli deyil. 20-dən artıq namizəd seçkiyə gedəcəyini açıqlayıb. Keçmiş vitse-prezident Co Bayden rəy sorğularına başçılıq edir.

Prezident tərəfdarlarına deyib ki, “biz birlikdə pozuq siyasi isteblişmentə qalib gəldik, xalq üçün hökuməti bərpa elədik”. Demokratlara hücum edən Tramp deyib ki, “sadəcə bu qəzəbli sol qanad dəstənin bu ölkənin başında olarsa nə edəcəyini düşünün”. O əlavə edib ki, Demokratlar “ölkəmizi dağıtmaq istəyirlər və bunu bilirik”.

O, çıxışında dəfələrlə “saxta xəbər mediası”na toxunub və bu zaman onu çəkən televiziya kameralarını göstərib.

Paylaş: