Bz. Sen 15th, 2019

“Yadplanetli deyiləm, buna sübutum da var” – Putin

Russia's President Vladimir Putin attends his annual press conference in Moscow on December 19, 2013. AFP PHOTO / KIRILL KUDRYAVTSEV (Photo credit should read KIRILL KUDRYAVTSEV/AFP/Getty Images)

Canlı efirdə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünün yadplanetli mənşəyi haqda dedi-qodularla bağlı açıqlama verib.

Turkustan.info-nun məlumatına görə, Putin yadplanetli olmadığını və buna kifayət qədər sübutunun olduğunu deyib:

“Mənim sübutlarım və doğmalarımın, yaxınlarımın, ən nəhayət, uşaqlarımın timsalında şahidlərim var ki, mən yadplanetli deyiləm”.

Putin “prezident olmaqdan bezmədinizmi” sualına isə belə cavab verib:

“Mən prezident olmaqdan bezməmişəm. Bezsəydim, növbəti müddət üçün namizədliyimi irəli sürməzdim”.  /Qafqazinfo/

Paylaş: