Be. Dek 16th, 2019

Türkiyə ilə Naxçıvanı birləşdirən qapılar bağlandı

Türkiyə ilə Naxçıvanı birləşdirən Dilucu gömrük keçid məntəqəsində həyəcanlı anlar yaşanır.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, gömrük məntəqəsinin ərazisində əl istehsalı partlayıcı qurğu aşkarlanıb. Dərhal sərhəddə giriş-çıxış qapıları qapadılıb. Ərazidəki insanlar təxliyə edilib, təhlükəsizlik zolağı çəkilib. Partlayıcının məhv edilməsi üçün bölgəyə mütəxəsislər cəlb edilib.

Tədbir məqsədi ilə əraziyə təcili tibbi yardım heyəti də göndərilib.  /Modern.az/

Paylaş: