29 Oktyabr 2020 14:48

Tramp İranı vurmaqdan vaz keçdi, Tehrana məktub göndərdi

ABŞ prezidenti son anda hərbi əməliyyatdan imtina edərək, Oman üzərindən danışıqlar təklifi göndərib

İran və ABŞ arasında PUA qalmaqalı davam edir. ABŞ hökuməti pilotsuz uçuş aparatının beynəlxalq hava məkanında vurulduğunu bəyan edib. İran tərəfi isə ABŞ ordusuna məxsus PUA-nın İran hava məkanına daxil olması ilə bağlı sübutların olduğunu bildirir. İranın bildirdiyinə görə, İnqilab Keşikçilərinin Hörmüz boğazı yaxınlığında ölkənin cənubi Hormozqan vilayəti üzərindəki hava hövzəsində vurduğu “RQ-4 Global Hawk” dronu olub.

Xarici işlər naziri Cavad Zərif deyib ki, ABŞ qüvvələrinin İran hava sərhədlərini pozması ilə bağlı BMT-yə şikayət edəcəklər. İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte-Rəvançi təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Amerikanın pilotsuz uçan təyyarəsinin ölkə ərazisinə təcavüz etməsi ilə bağlı Tehranın etirazını bildirib.

Təxte-Rəvançi məktubda ABŞ-ın hərəkətinin beynəlxalq qanunları və BMT-nin nizamnaməsini pozduğunu bildirib. Məktubda qeyd olunub ki, İran müharibə arzusunda deyil, amma ölkə ərazisinin hüdudlarının pozulmasının qarşısını da lazımi tədbirlərlə alacaq. İran öz qanuni haqqını qoruyur və hava, su, quru sərhədlərini qəti şəkildə müdafiə etmək əzmindədir.

Xatırladaq ki, 12-də və iyunun əvvəlində Oman körfəzində neft tankerlərinə hücum baş verib. ABŞ tərəfi bu hücumlara görə İranı ittiham edib. Vaşinqton bildirib ki, sonuncu hücumda İran hərbçiləri iştirak edib, tankerlərin birinə hücumda istifadə olunan sualtı mina İran istehsallı olub. İran isə bu ittihamları rədd edib. Ancaq iyunun 19-dan 20-nə keçən gecə ABŞ pilotsuz təyyarəsi vurulub və bundan sonra iki ölkə arasında gərginlik yüksəlib. ABŞ prezidenti Donald Tramp bu hadisəni “İranın böyük səhvi” adlandırıb. Vaşinqtonun İrana qarşı cavab zərbələri endirəcəyi gözlənilsə də, iyunun 20-də gecə Trampın administrasiya, Konqres və Pentaqon rəhbərliyi ilə keçirdiyi görüşlərdən sonra İrana döyüş zərbəsi endiriləcəyi gözlənilsə də, bu baş verməyib.

ABŞ mətbuatı yazıb ki, zərbə əmri son anda təxirə salınıb. Donald Tramp deyib ki, İranın ABŞ PUA-sını vurması xata olub. Tramp deyib ki, bunun qəsdən olmasına inanmır.

ABŞ prezidenti İranla danışıqları bərpa etmək yolunu dəstəkləyib. “Reuters” agentliyi isə ABŞ prezidentinin İran rəhbərliyinə Oman dövləti vasitəsilə danışıqlar təklifi göndərib. Adı açıqlanmayan İran rəsmisi bildirib ki, Tramp məktubda İranla hər hansı bir müharibəyə qarşı çıxıb və rəsmi Tehranı müxtəlif məsələlər üzrə müzakirəyə dəvət edib. Ancaq İran rəsmiləri bildirib ki, bu mövzuda son söz İran islam inqilabı lideri Ayətullah Əli Xameneiyə məxsusdur.

BBC-nin məlumatına görə isə Konqres üzvləri Trampa gərginliyi azaltma çağırışı edib. Konqres üzvləri ABŞ prezidentini hər hansı hərbi əməliyyat başlatmaq istəyərsə, ilk növbədə Konqresin razılığını almağa çağırıb. Nümayəndələr Palatasının sədri, Demokrat Partiyasının üzvü Nensi Pelosi baş verənləri “təhlükəli vəziyyət” adlandırıb. ABŞ-ın İranla müharibə istəmədiyini deyən Pelosi “gərginliyi azaltmaq üçün əlimizdən gələni etməliyik” deyə bildirib.

Bu arada ABŞ Federal Aviasiya İdarəsi İran üzərindən ABŞ mülki aviasiyası təyyarələrinin uçuşunu dayandırıb. Bundan sonra Hollandiya Krallıq Hava Yolları, Britaniya Hava Yolları, Almaniyanın dövlət hava yolları şirkəti “Lufthansa”, Avstraliyanın Qantas, ABŞ-ın “United Airlines”, Malayziya Hava Yolları və Sinqapur Hava Yolları kimi şirkətlər də Hörmüz boğazı üzərindən uçuşunu dayandırdığını bəyan ediblər.

Qeyd edək ki, bu hadisə körfəz regionunda ABŞ və İran arasında ilk “təyyarə qalmaqalı” deyil. 31 il əvvəl, 1988-ci il iyulun 3-də Fars körfəzində vurulub, ABŞ hərbi dəniz qüvvələrinə məxsus “USS Vincennes” gəmisindən atılan “Kruiz” raketi 655 saylı Bəndər Abbasdan Dubaya uçan İran Hava Yollarına məxsus R655 sərnişin təyyarəsini vurub. Təyyarədə olan 16 heyət üzvü ilə birlikdə 290 nəfər ölüb. ABŞ ordusu bu hadisənin yanlışlıqla olduğunu, hərbi gəminin İran ordusuna məxsus F-14 təyyarəsini nişan aldığını, ancaq yanlışlıqla mülki təyyarənin vurulduğunu bildirsə də, İran tərəfi bu izahatı qəbul etməyib.

Bu hadisə İran və ABŞ arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib. İndi isə məhz Trampın İran ətrafında hərbi gücü artırdığı, təzyiqi yüksəltdiyi bir zamanda Tehran ABŞ-a məxsus PUA-nı vrumaqla bir tərəfdən hərbi gücünü ortaya qoyub, digər tərəfdən isə təzyiqlərə baxmayaraq geri çəkilməyəcəyi mesajını verib. Məlum olduğu kimi, İran ABŞ pilotsuzunu məhz yerli istehsal olan “Xordad-3″ zenit kompleksi ilə vurub. Həmin vaxt ABŞ təyyarəsi 16 km yüksəklikdə olub. Bu isə İranın hərbi imkanlarının, necə deyərlər, təqdimatı olub.

Lakin indi Tramp Oman vasitəsilə növbəti dəfə İrana danışıqlar təklif etməklə, bir tərəfdən gərginliyi yumşaltmaq, digər tərəfdən siyasi məsuliyyəti Tehranın üzərinə qoymağa çalışır. Ancaq istənilən halda gərginliyin indiki pik həddinin düşməsi lazım olacaq. Çünki hərbi əməliyyatlar hətta məhdud miqyasda olsa belə, Tramp üçün siyasi risk daşıyır. Seçki kampaniyasına hazırlaşan, sentyabrda Fələstin sülhü planını elan etməyə hazırlaşan Tramp administrasiyası üçün indiki vaxtda hərbi əməliyyatlara başlamaq ciddi risk amilidir. Hər nə qədər Trampın komandasındakı Pompeo və Bolton kimi şəxslər bunu istəsələr belə. Hər halda, indi top, necə deyərlər, İrana atılıb. Tehranın reaksiyası regiondakı proseslərin sonrakı taleyini müəyyən edəcək.    /Musavat.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri