Ça. Dek 10th, 2019

Türkiyədə “İstanbul savaşı” – İmamoğluna həbs təhlükəsi

Sabah – 23 iyunda Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinə seçkilər keçiriləcək. 

Seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasından (CHP) Əkrəm İmamoğlu namizəd kimi iştirak edəcək.

Xatırladaq ki, 31 martda keçirilən İstanbul seçkilərində Əkrəm İmamoğlu qalib gəlsə də, Yüksək Seçki Qurumunun (YSK) qərarı seçkinin nəticələri ləğv edilmişdi. Seçkiöncəsi isə bir sıra maraqlı proseslər yaşanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bildirib ki, İmamoğlu qalib gəlsə də, onun mandatı əlindən alına bilər. Ərdoğan bunu İmamoğlunun AKP-li icra başçısına “it” dediyi  ilə əlaqələndirib.

Maraqlıdır, seçkidə İmamoğlu qalib gələrsə, proseslər necə inkişaf edəcək? Türkiyədə daxili gərginlik arta bilərmi?

Turkustan.info bildirir ki, politoloq Əhəd MəmmədliCebhe.info-ya açıqlamasında deyib ki, seçkilərdə İmamoğlu şəffaf yolla qalib gələrsə, heç bir problem olmayacaq:

“Ərdoğan çıxışında onu da deyib ki, İmamoğlu qalib gəlsə belə, bu onsuz da heç nəyi dəyişmir, ələdiyyə seçkilərinin qalibi “Cumhur ittifaqı”dır. Düşünürəm ki, İmamoğlu düzgün yolla qalib gələrsə, onun qalibiyyəti tanınacaq və fəaliyyətinə heç bir əngəl törədilməyəcək. 

Onsuz da İstanbul Bələdiyyəsinin Məclisində “Cumhur ittifaqı”n bələdiyyə üzvləri üstünlük təşkil edir. Bir çox qərarları bələdiyyə sədri məclislə razılaşdırılmalıdır. Amma icra başçısına həqarət və digər nöqsanlar  əks tərəfə haqq verir ki, İmamoğluya qarşı istintaq aparılsın. Necə olur ki, bir şerə görə Ərdoğan həbs edilə bilir, lakin açıq həqarətə, özü də dövlət rəsmisinə qarşı edilən həqarətə görə İmamoğlu istintaqa cəlb edilə bilməz?! Türkiyədə dövlət məmuruna təhqir, dövlətə edilən təhqir kimi qəbul edilir. Bu çox ciddi məsələdir. İmamoğlu seçilməsə belə, dövlət ona qarşı araşdırma apara bilər. Bunun üçün bütün hüquqi əsaslar var. Bütün bunlar baş verən təqdirdə qərbyönümlü müxalifət xarici havadarlarının dəstəyi ilə ölkədə gərginlik yarada bilər. Amma düşnmürəm ki, bütün bunlara gərək olacaq. Hesab edirəm ki, seçkilərdə Binəli Yıldırım qalib olacaq”.

Paylaş: