31 Oktyabr 2020 07:35

Vaşinqton görüşü Qarabağda nəyi dəyişəcək? – Ekspert

Hesab edirəm ki, Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında keçirilən görüş “görüş naminə görüşdür”.

Bunu iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında keçirilən görüşün nəticələri barədə danışan politoloq Arzu Nağıyev Axar.az-a deyib. O, bu görüşün münaqişənin həllində hər hansı müsbət effekt verməsinin inandırıcı olmadığını bildirib:

“Təbii ki, iki ölkə arasında bu görüşlərin keçirilməsini alqışlamaq lazımdır. Lakin son günlər Ermənistanda baş verən hadisələr göstərir ki, Ermənistan doğurdan da status-kvonun saxlanmasında maraqlıdır. Həm format məsələsini ortaya qoyur, həm də Dağlıq Qarabağ ərazisində ordusunun təlimlərini keçirir. Belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.

Eskpert ABŞ-ın birmənalı şəkildə Qarabağ probleminin həlli prosesinə təsir edə bilməyəcəyini də vurğulayıb:

“Moskva və Paris görüşlərindən sonra bu görüşün Vaşinqtonda baş tutacağı gözlənilən idi. Düşünmürəm ki, ABŞ Qarabağ probleminin həllində dominat olsun. Çünki burada əsas məqam ondan ibarətdir ki, regionda nüfuz davası gedir. Rusiya da burada açar fiqurdur. Düşünürəm ki, əvvəl Rusiyanın, sonra Fransanın və indi də ABŞ-ın təşəbbüsü ilə keçirilən bu görüşlər protokol xarakterlidir. Təbii ki, ABŞ öz gücündən, nüfuzundan istifadə edib, Ermənistana hansısa təsir mexanimzlərindən istifadə etməlidir. Çünki münaqişə 25 ildən çoxdur ki, uzanmaqdadır. Nə Rusiya, nə də digər regional oyunçular bu məsələnin birmənalı şəkildə həllində demək olar ki, maraqlı deyillər”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri