Be. Avq 19th, 2019

Akşənərdən seçki açıqlaması: Yüksək olacaq

Türkiyənin İYİ Partiya sədri Maral Akşənər səsvermə hüququndan istifadə edib.

Turkustan.info xəbər verir ki, səsvermədən sonra mətbuat nümayəndələrinə açıqlama verən Akşənər seçici fəallığının çox yüksək olacağını söyləyib.

“Kaş ki, 31 martda keçirilən seçkilər yenilənməzdi. Ancaq bir halda ki yeniləndi, biz də gəlib vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. Səhər saatlarında bizdə olan məlumata görə seçkilərdə iştirak faizi olduqca yüksək olacaq”, – Akşənər bildirib.  /Axar.az/

Paylaş: