Bz. Okt 20th, 2019

Deputat Vahid Əhmədov: “Uşaq pulunun bərpası gündəmdədir”

Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də prezident İlham Əliyev minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması ilə bağlı sərəncam imzalayıb. Bununla yanaşı müəllimlərin 20, bəzi güc orqanlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin isə maaşları da 50 faiz artırılıb. Minimum əməkhaqqı, müavinət və təqaüdlər sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenlik yoxdur. Bununla belə deputat Vahid Əhmədov deyir ki, uşaq pullarının bərpası gündəmdədir: “Ancaq necə qəbul ediləcək, yaxud hansı sistem əsas götürüləcək, bu, artıq hesablamalardan asılıdır”.

​Vahid Əhmədov onlara uşaq pullarının bərpası haqqında müraciətlərin olduğunu və qanunverici orqanda məsələni qaldırdıqlarını xatırladır:

“Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar-fevral aylarında prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb-red). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır. Amma neçə yaşa qədər uşaq pulu verilməlidir, o artıq prosedur məsələlər olduğundan, müzakirə edilməlidir. Mən bir daha deyirəm, biz uşaq pullarının bərpasının tərəfdarıyıq”.

Deputat güman edir ki, hökumətdə bununla bağlı müəyyən təcrübələr öyrənilir: “Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni məsələ gündəmdədir”

Vahid Əhmədov daha sonra da deyib: “Amma mən hər hansı ölkənin təcrübəsinin tətbiqinin tərəfdarı olmamışam. Azərbaycan müstəqil dövlətdir, əgər insanların bu tələbatı varsa, uşaqların pormal, sağlam böyüməsini istəyirksə, bunu etmək lazımdır”.

Paylaş: