Ca. Dek 12th, 2019

İrandan ABŞ-a ŞOK XƏBƏRDARLIQ: Müharibə başlayarsa…

Bölgədə başlayacaq bir müharibəyə nəzarət etmək mümkün olmayacaq.

Turkustan.info “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu Havadan Müdafiə Qərargahının komandanı Qulam Əli Rəşid İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hava qüvvələri radar və raket sistemləri komandirliyi və koordinasiya mərkəzində çıxışı zamanı bildirib.

“ABŞ bölgədə təhrikedici mövqeyi bir kənara qoyaraq, öz birliklərinin həyatını qoruması üçün məsuliyyət sahibi olmalıdır. İran müharibəni istəmir, lakin tam gücü ilə özünü müdafiə edəcək. Mümkün müharibənin qarşısını almaq üçün konkret addımların atılması vacibdir”, – o vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın pilotsuz kəşfiyyat aparatını vurub. Amerika tərəfi əvvəlcə bu xəbəri təkzib edib, amma sonra etiraf edib ki, İran ABŞ-ın ən böyük pilotsuz aparatlarından biri olan “RQ-4A Global Hawk”-ı vurub.

İyunun 21-də isə məlum olub ki, Tramp İrana zərbələrin endirilməsi üçün müəyyən edilən tarixdən 10 dəqiqə əvvəl hücum əmrini ləğv edib. Prezidentin sözlərinə görə, Amerika hərbçiləri eyni anda İranda üç müxtəlif obyektə hücüm etməyə hazır idilər. Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib.

Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.

İran təyyarənin təyyarənin ölkənin hava məkanını pozduğunu, ABŞ-ın Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.

Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirib ki, bunun qəsdən edildiyinə inanmır.

Daha sonra Tramp NBC televiziya şirkətinə müsahibəsində bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp əlavə edib.

“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp əlavə edib.    /Publika.az/

Paylaş: