Be. Okt 14th, 2019

Masallı sakini tut ağacının üzərində 60-a yaxın gül növü yetişdirib – VİDEO

Masallı sakini tut ağacının üzərində 60-a yaxın gül növü yetişdirib.

Turkustan.info bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu gözəlliyi yaradan Masallı rayonunun Xanalyon kənd sakini Əkrəm Cabbarovdur.

O, həvəskar bağbandır. Deyir ki, tut ağacı üzərində gül yetişdirmək ideyası onda bir neçə il əvvəl yaranıb və bu fikiri reallaşdırmaq qərarına gəlib. Bunun üçün calaq üsulunu seçib. Diametri 50 santimetr, hündürlüyü 14 metrə yaxın olan ağacın səkkiz metrlik gövdə hissəsində 60-a yaxın gül yetişdirib.

Bağban bildirir ki, tut ağacında gül yetişdirmək heç də asan olmayıb. Ağaca üç il müddətində daim qulluq edib. Nəticədə, istəyinə nail ola bilib. Ağacı və gülləri daim su ilə təmin etmək üçün isə damcı suvarma sistemindən yararlanır.

Bu, Əkrəm Cabbarovun ilk işi deyil. Bağban 10 il əvvəl tut ağacında 37 növdə, müxtəlif adda meyvə yetişdirib.

Bağbanın istəyi tut ağacında yetişdirdiyi güllərin sayını artırmaqdır.

Paylaş: