Ca. Sen 19th, 2019

Silah anbarında dəhşətli partlayış – Şəhər tam boşaldılır – VİDEO

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi bazanın silah anbarında güclü  partlayış olub. 
 
Turkustan.info “RİANOVOSTİ”-yə istinadla xəbər verir ki, şəhərdə yanğın s fövqəladə vəziyyət elan olunub.
Vilayət meri Umirzak Şükeyev bildirib ki, regionda fövqəladə vəziyyət  elan edilib. Bütün rayonlar, yaxın qəsəbələr səfərbər vəziyyətə gətirilib: “Bizə şəhəri boşaltmaq əmr olunub”.
Partlayış ilə əlaqədar şəhər əhalisi təcili sürətdə  təxliyə edilir.
Qeyd edək ki, hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.
Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Partlayışın səbəbi araşdırılır.

/bakupost.az/

Paylaş: