Ca. Sen 19th, 2019

Binəli Yıldırım bu vəzifəni icra edəcək

İstanbulda keçirilmiş bələdiyyə seçkilərində məğlub olan hakim Ədalət və İnkişaf partiyasının namizədi Binəli Yıldırım bundan sonra millət vəkili kimi fəaliyyət göstərəcək.

Turkustan.info xəbər verir ki, bu barədə onun özü “Habertürk” qəzetinə açıqlamasında deyib:

“Qismət. Başqa nə deyə bilərik. Əsas işimizə qayıtdıq. Sadə millət vəkiliyəm”.

Xatırladaq ki, Binəli Yıldırım bələdiyyə seçkilərində 45 faiz, rəqibi Əkrəm İmamoğlu isə 54 faiz səs toplayıb.   /Redaktor.az/

Paylaş: