Bz. Sen 15th, 2019

İmamoğlu Yıldırımın təbrikini canlı izləyib – VİDEO

İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu sosial şəbəkədə rəqibi Binəli Yıldırımın qələbə münasibətilə onu təbrik edən zamanı çəkilmiş videosunu paylaşıb.

Turkustan.info xəbər verir ki, səsvermə axşamı Yıldırımın açıqlamasını canlı izləyən İmamoğlu həmin zaman lentə alınmış görüntülərdə həyəcənanı gizlədə bilmir.

Qalib gəldiyi bəlli olduqdan sonra xanımı Dilək İmamoğluna sarılan yeni sədr daha sonra Bəylikdüzünə keçərək on minlərlə vətəndaşa səslənib.

/Qafqazinfo/

Paylaş: