Ca. Sen 19th, 2019

Rusiyada ZƏLZƏLƏ – 6,7 bal gücündə

Kamçatka sahillərində (Rusiyanın şərqində yerləşən yarımada) 6,7 bal gücündə zəlzələ baş verib.

Turkustan.info Trend-ə istinadən bildirir ki, yeraltı təkanlarının episentri 60 kilometrə yaxın dərinlikdə, Ust-Kamçatsk qəsəbəsindən 108 kilometr şərqdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

Paylaş: