Ca. Sen 19th, 2019

Dr.Yazgül Abdıyeva Gədəbəydə “QİÇS-ə birlikdə qalib gələk”adlı seminar keçirib – Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlamlığın qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirdi.

25 iyun 2019-cu il tarixində “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar həyata keçirib.

Əvvəlcə, seminar iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülüb.

Turkustan.info-nun xəbərinə görə seminarı giriş nitqi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıb. Seminarda Gədəbəy rayon İcra hakimiyyəti başçısının müavini Natiq Nağıyev, Dr. Afət Məmmədli, Respublika QİÇS-lə MM-nin həkimi Dilşad Mahmudova, Dr. Rafiq Nağıyev və Gədəbəy təhsil şöbəsinin müdiri Baxış Nağıyev çıxış ediblər. Daha sonra QİÇS-lə bağlı profilaktik müayinə proqramı həyata keçirilib.
QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır. Bu məqsədlə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında seminar həyata keçirilib. Seminarın məqsədi əhalinin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdən ibarət idi.

 

 

Paylaş: