Ç. Dek 11th, 2019

Fazil Məmmədovun vəziyyəti necədir? – AÇIQLAMA

İki gün əvvəl  yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. 

Məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub:

“Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem vardı.  Əməliyyat olundu. Hazırda həkimlərin səyi nəticəsində, səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyərində problemlər var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.

Paylaş: