Ç. Noy 20th, 2019

Gürcüstanın baş naziri:“Təəssüflər olsun ki, biz büdrədik”

“Bizim komandada heç kəs stuldan yapışmayıb və Gürcüstan cəmiyyəti bunu çox yaxşı bilir”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzekeçirdiyi xüsusi brifinqdə daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbə münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, iyunun 20-nə keçən gecə Rustaveli prospektində baş verən təxribata görə siyasi məsuliyyəti vətəndaşların etirazı silah kimi istifadə edən qüvvə öz üzərinə götürməlidir.

M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixeil Saakaşvili 7 il Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər:“Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.

O qeyd edib ki, polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı halların şəffaf araşdırılması təmin olunacaq.

Hökumət başçısının sözlərinə görə, dövlət üçün çox ağır ssenaridən yaxa qurtarmaq mümkün olsa da, vətəndaşlar xəsarət alıblar.    /Report/

Paylaş: