Şb. Avq 17th, 2019

Qazax Ziyalılar Klubu təsis edilib

Xəbər verdiyimiz kimi 15.06.2019-cu il tarixdə “Carçı” Araşdırma Mərkəzinin təşəbbüsü ilə paytaxt Bakıda Qazaxlılara aid ictimai klubun yaradılması üçün işçi qrup bir araya gəlmişdi.

Dünən (25.06.2019) həmin işçi qrup daha geniş heyyətdə toplanaraq müzakirələr aparıb və arzuolunan klubu ərsəyə gətiriblər.

Qazaxlı ziyalıların tövsiyələri ilə “Qazax Ziyalılar Klubu” təsis edilib.

Səsvermə ilə kluba kollegial idarəetmə forması qəbul edilib.

“Qazax Ziyalılar Klubu”nun, “Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, şair-publisist Rəşad Mahmud, ilahiyyatçı-yazar Tural İrfan, araşdırmaçı-jurnalist Nəzakət Zeynalova və hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovdan ibarət heyyəti formalaşıb.

Təsisçilərin bildiriblər ki, Klub açıq tipli təşkilatdır, hər bir Qazaxlı və Qazax üçün iş görmək istəyən hər kəsin üzünə açıqdır.

Paylaş: