Be. Noy 18th, 2019

“2000-ci ildən bəri…” – Putindən varisi ilə bağlı SENSASİON AÇIQLAMA

Россия. Москва. Президент РФ Владимир Путин (на экране справа) во время интервью главному редактору газеты The Financial Times Лайонелу Барберу и главе московского бюро газеты The Financial Times Генри Фою в преддверии саммита G20. Михаил Климентьев/пресс-служба президента РФ/ТАСС

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın “The Financial Times” qəzetinə geniş müsahibə verib.

V.Putin müsahibə zamanı çoxsaylı sualları cavablandırıb. Onlardan biri də Rusiyanın gələcək prezidentinin, başqa sözlə desək, Putinin varisinin kimliyi barədə olub.

“Varis seçimində “hansı prosesdən” istifadə olunacaq” sualına cavabında V.Putin deyib:

“Bu barədə hər zaman, 2000-ci ildən başlayaraq düşünürəm. Mən bunu hər cür ədəbazlıqdan, şişirtmədən, bəzəyib-düzəmədən uzaq durmaqla söyləyəcəm. Son nəticədə qərarı mütləq rus xalqı qəbul etməldir”.

O, həmçinin, qeyd edib ki, Rusiya daha demokratikdir, nəinki Böyük Britaniya. “Sözsüz ki, bu, sizin ölkənizdə – Böyük Britaniyada olduğu kimi deyil. Bizim ölkəmiz demokratikdir”, – deyə V.Putin vurğulayıb. (teleqraf.com)

Paylaş: