Ca. Noy 14th, 2019

Avropada HƏYƏCAN: İkinci Çernobıl faciəsi yaşanır?

Şotlandiyada nüvə stansiyalarının birində sızıntı aşkar edilib.

Turkustan.info BBC-yə istinadən xəbər verir ki, sızıntı səbəbiylə stansiyadakı işçilər və ətraf ərazidə yaşayan sakinlərin təcili təxliyəsinə başlanılıb. Problemin fəsadlarına və nə dərəcədə təhlükəli olduğuna dair hələlik məlumat yoxdur. 

Bu sahə üzrə xüsusi təyinatlılar sızıntının qarşısını almaq üçün tədbirlər görür. Sızan zərərli maddələrin fəsadları araşdırılır. Ərazi mühasirəyə alınıb. Sakinlərin bölgəyə yaxınlaşmasına qadağa qoyulub.    /Redaktor.az/

Paylaş: